автоБИОГРАФИЯ
Arif Səməd oglu Aslanov SSRİ Memarlar ittifaqının üzvü (1964) Bakı şəhərində anadan olub (1938-2006) Azərbaycan Politexnik institutunu memarlıq ixtisası üzrə bitirib. (1960).
Azdövlətlayihə institutunda böyük memar vəzifəsində işləyib (1960-1962).
Memarlıq layihələndirmə,, kafedrasının dəvəti ilə institutda asistent vəzifəsinə qəbul edilib (1962) Kafedranın baş müəllimi, diplom layihələrinin rəhbəri olmaqla gənc memarların yetişməsində böyük əmək sərf edib.(1970-2006) Memarlıq fakültəsinin yarandıgı gündən ömrünün sonunadək fakültənin dekanı (1992-1994), dekan müavini işləyib.(1970-2006) SSRİ Ali və Orta ixtisas təhsili Nazirliyinin göndərişi ilə Belqrad Universitetində elmi tədqiqat işlərini yerinə yetirib.( Yuqoslaviya,1967-1968) Azərbaycan memarlarının bir çox qurultaylarına nümayəndə seçilib, SSRİ Memarlarının V qurultayında nümayəndə kimi iştirak edib.
On ildən çox bir müddətdə SSRİ Memarlar ittifaqının İdarə Heyətində memarlıq təhsili bölümündə daimi komissiyanın üzvü olub. Arif Aslanovun rəhbərliyi və iştirakı ilə, Azərbaycan Memarlıq məktəbinin tələbələrinin hazırladıgı layihələr ölkəmizi Beynəlxalq Memarlıq konqreslərində layiqincə təmsil etmişlər və diplomlara layiq görülmüşlər.
Havana (Kuba 1963), Praqa (ÇSSR 1967), Varna (Bolqarıstan 1971).Bir çox layihələrin müəllifi və müəlliflərindən biridir: Bakı şəhərində V.Lenin meydanının tikintisinin müsabiqə layihəsi, Əhmədli qəsəbəsində yaşayış məhəlləsinin planı və tikintisi layihəsi, Eksperimental yaşayış mikrorayonları, Azərbaycan SSR Nazirlər Sovetinin tapşırıgı ilə ,.Neftçilər prospekti ilə dənizkənarı bulvarın planlaşdırılması və tikintisi layihəsi həvəsləndirici mükafata layiq görülüb(1981-1982).
Şəhərsalmanın problemlərinə aid otuzdan çox elmi əsərin müəllifidir. Tələbələrin umumittifaq müsabiqələrdəki medal qazandıqları elmi-tədqiqat işlərinə rəhbərliyə görə SSRİ Ali və Orta ixtisas təhsili nazirliyinin diplomuna layiq görülüb. Arif Aslanovun rəhbərliyi ilə yaradılmış Tələbə Memarlıq layihələndirmə Tədqiqat bürosu memarlıq üzrə Respublika Lenin Komsomolu Mükafatına layiq görülüb(1976). SSRİ Ali Sovetinin ,,Şərəf Nişanı,, Ordeni ilə təltif olunub(1985).
БИОГРАФИЯ
Слезает основной шрифт. Нужен текст с информацией для плашки
ХАРАКТЕРИСТИКИ
Нужен текст с информацией для этой плашки. Плашки дублируют подменю раздел.
