LightDark

ВОСПОМИНАНИЯ

OSMAN BARXALOV 09.06.26

Əgər mənə sual versələr ki, dünyada ən çox sevdiyin insanlar kimlərdir? Deyərdim ki, atam, anam, qardaş-bacılarım və müəllimlərim… Mənim də çox sevdiyim insanlar sırasında …

1971–76-cı illərdə təhsil aldığım Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinin dekan muavini, şəhərsalma memarlığı kafedrasının baş müəllimi Arif Aslanov idi. Arif Aslanov indi sağ olsaydı, onun 90 yaşı tamam olacaqdı.

Təəssüf ki, 20 ildir ki, o bizim aramızda deyil.

Mən onun parlaq xatirəsini heç vaxt unutmuram, çünki onun mənim təhsilimdə, həyatımın formalaşmasında, memarlıq elminin əsaslarını mənimsəməyimdə əməyi, zəhməti çox böyük və əvəzsiz olub.

Mən bu gün Arif Aslanov müəllim haqqında öz xatirələrimi sizinlə bölüşmək istəyirəm.

İlk dəfə 1971-ci ilin sentyabr ayının əvvəllərində, institutun ilk dərs günündə bizi fakültənin bir auditoriyasna yığıb bizimlə tanışlıq və söhbət edən dekan müavini Arif müəllim idi.

Elə ilk görüşümdən hiss etdim ki, Arif müəllim parlaq düşüncəli, kamil bir memar olmaqla, həm də gözəl təbiətli bir insandır. Əsas dərs fənni şəhərsalma memarlığı olmasına baxmayaraq, o, bizim ümumi memarlığa aid bütün suallarımıza cavab verərdi və həvəslə bilmədiklərimizi bizə öyrədərdi.

Mən 2-ci kursda oxuyanda artıq Arif müəllimlə çox yaxın bir münasibətimiz yaranmışdı. Çünki o da dərslərini və kurs işlərini müvəffəqiyyətlə yerinə yetirən tələbələrə daha çox fikir verirdi. Bu zaman mən artıq bilirdim ki, Arif müəllim Memarlıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin və Tələbə Konstruktor Bürosunun rəhbəridir.

Artıq 2-ci kursda Arif müəllim mənə və tələbə yoldaşlarıma elmlə məşğul olmağı məsləhət görür və bu sahədə maraqlı məlumatlar tapmaq üçün dərsdən sonra tələbələr tərəfindən görülmüş elmi-tədqiqat işləri ilə tanış edirdi. O, bu sahədə mənə əlindən gələn köməyi edirdi.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ərazisində və ümumiyyətlə Zaqafqaziyada mövcud olan erkən və orta əsrlərə aid çoxlu sayda memarlıq və mədəniyyət abidələrinin olmasına baxmayaraq, onlar haqqında çox az məlumatın olması faktı Arif müəllimi və Valeh müəllimi narahat edən məsələlərdən sayılırdı.

Arif müəllim bu haqda bizə deyirdi ki, əgər hər tələbə yay tətilində öz rayonu ərazisində yerləşən az öyrənilmiş və öyrənilməmiş memarlıq abidələri haqqında məlumat toplasa və biz bu məlumatlar əsasında ümumiləşdirilmiş bir elmi nəticələr əldə etsək, bu bizim respublikamızın tarixi, mədəniyyəti və memarlıq tarixinə böyük töhfə olar. Ona görə də mən böyük həvəslə 1972-ci ilin yay tətilində Zaqatala, Qax və Şəki rayonları ərazilərini gəzib Qafqaz Albaniyası dövrünün memarlıq abidələrinin axtarışı ilə məşğul oldum.

Çoxlu sayda abidələr haqqında məlumat topladım, ölçü işləri və foto qörüntülərini çəkdim.

Gördüyüm işlər Arif müəllim tərəfindən çox bəyənildi və bu işlərin davam etdirilməsi üçün 1973-cü ilin yay tətilində də təkcə Şəki-Zaqatala deyil, Qazax-Tovuz, Qarabağ, Naxçıvan Muxtar Respublikası və digər rayonlarda da bu işlərin aparılması üçün 1974–75-ci illərdə  bu sahədə planlı şəkildə fəaliyət proqramı təşkil edildi. Fakültənin tələbə elmi cəmiyyətinin bu sahədə işlərinə rəhbərliyi mənə həvalə edildi.

1974–75-ci illərdə bu sahədə aparılan işlərdə fəal çalışan tələbələrdən:

  • Miralayev Fəxrəddin, Miralayev Vüqar — Qazax və Tovuz rayonları üzrə;
  • Əsədov Elxan, Qəmbərov Əli — Naxçıvan Muxtar Respublikası üzrə;
  • Osmanov Əhməd — Balakən rayonu ərazisi üzrə;
  • Rüstəmov Sabir — Tovuz rayonu ərazisi üzrə;
  • Məmmədov Əli — Gəncə və Göygöl əraziləri üzrə;
  • Məmmədov Azər — Laçın və Kəlbəcər rayonları üzrə;
  • Eyvazov Əlihüseyin — Qəbələ rayonu üzrə və sairələri göstərmək olar.

Qeyd etmək istəyirəm ki, ümumi araşdırmalar göstərdi ki, o vaxt yeni aşkar edilmiş abidələrin əksəriyyəti uçulmuş, dağılmış, baxımsız vəziyyətdə idi.

Onların mövcud vəziyyətini müəyyənləşdirmək, ölçü işlərini və hərtərəfli öyrənilməsini aparmaq çox çətin olurdu. Məsələn:

Qax rayonu ərazisində 7 kilsə kompleksi,

Zaqatala rayonu ərazisində Mamrux dairəvi monastır kompleksi,

  • Yuxarı Çardaxlar kəndi ərazisindəki “Qız qalası” abidəsi,
  • Balakən rayonunda Qullar kəndi kilsəsi,
  • Qəbələ rayonunda çuxur qəbələ abidəsi
  • Şəki rayonunda Yuxarı Zəyzid kəndində alban kilsəsi,
  • Oğuz rayonunda calut xramı,
  • Qazaxda (Əskipara) abidəsi və s. 

Arif və Valeh müəllimlərin rəhbərliyi və nəzarəti altında və elmi axtarışlara olan həvəsimiz bu çətinliklərin aradan qaldırılmasında bizə yardımçı olurdu.

Arif müəllim memarlıq fakültəsi həyatında, həm də bütün institutun ictimai həyatında da özünü tanıtmış ziyalılardan biri idi.

Bu faktların arxasında böyük bir həqiqət dayanır. İnsan ömrünün dəyəri yalnız tutduğu vəzifələrlə, titullarla, yazdığı kitablarla ölçülmür. Onun əsl qiyməti yetişdirdiyi insanlarda, qoyduğu mənəvi irsdədir.

Arif müəllim nadir bir insanı keyfiyyəti ilə seçilirdi: təkəbbür və ambisiyasının tamamilə olmaması, həqiqi sadəlik, ədəb-ərkan, insana sözsüz xeyirxahlıq.

Arif müəllimin səyləri nəticəsində Memarlıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri nəinki Azərbaycanda, həm də Moskva şəhəri Memarlıq İnstitutunda, Tbilisi və Yerevan Politexnik institutlarında keçirilən elmi konfranslarda çıxışlar edir, müzakirələrdə iştirak edir və elmi diplomlarla təltif olunurdular.

Heç təsadüfi olmadı ki, 1974–1976-cı illərdə Arif müəllimin rəhbərlik etdiyi Tələbə Konstruktor Bürosu tərəfindən görülən elmi işlərə görə 1976-cı ildə Azərbaycan LKGİ-nin təsis etdiyi ən yaxşı tələbə elmi işləri mükafatına layiq görüldü.

Arif müəllim təkcə tələbə elmi işləri ilə deyil, həm də fakültədə dekan müavini kimi fəaliyyət göstərdiyindən tələbə inşaat dəstələrinin işində, diplom işlərinə rəhbərlikdə, KVN-lərin və digər ictimai tədbirlərin təşkilində də fəal iştirak edirdi.

Bütün bu göstərdiklərim onun öz işinə necə böyük məsuliyyətlə yanaşan bir müəllim və böyük insan olduğunu sübut edir. Hər kəslə söhbətində qarşısında dayanan şəxsin ağlına, idrakına və dünyagörüşünə uyğun söz söyləyərdi. Memarlıq və şəhərsalmaya aid söhbətlərindən doymaq olmurdu.

Tələbələr arasında o qədər hörmət qazanmışdı ki, hər kəs dərdini ona deməyə çəkinmirdi. Ona müraciət edən kim olurdusa, köməyini əsirgəmir, əlindən gələn dəstəyi göstərir və bundan heç vaxt yorulmurdu.

O, Azərbaycan ərazisində, eləcə də Cənubi Qafqazın və Dağıstanın qonşu bölgələrində yerləşən tarix, mədəniyyət, memarlıq, incəsənət, etnoqrafiya və toponimika abidələrinin ən görkəmli bilicilərindən biri idi.

O, orta əsr iqtisadiyyatının qaynaqlarını, ölkəmizin coğrafiyasını və tarixini dərindən bilirdi, mürəkkəb və bəzən olduqca dolaşıq hadisələri, prosesləri və tarixi faktları aydın və əsaslandırılmış şəkildə izah etməyi bacarırdı.

O, Azərbaycan ərazisində xristianlığın yaranması, inkişafı və tənəzzülü tarixinə dair ən dərin biliklərə malik mütəxəssislərdən biri, bəlkə də yeganə görkəmli tədqiqatçı idi. Azərbaycan xalqının tarixində yetərincə araşdırılmamış bu dövrün ən incə məqamlarını, çox vaxt unudulmuş, itirilmiş və ya dolaşıq vəziyyətdə qalmış hadisə və faktlarını dərindən təhlil edir, onları peşəkar bir sənətkar dəqiqliyi ilə ümumiləşdirərək məntiqi, əsaslandırılmış və fundamental elmi konsepsiya şəklində təqdim edə bilirdi.

O, memarlıq və mədəniyyət abidələrinin sistemli şəkildə öyrənilməsi, tədqiqi və az araşdırılmış nümunələrin aşkara çıxarılması istiqamətində aparılan elmi fəaliyyətin əsasını qoyanlardan, bu sahənin öncüllərindən və təşəbbüskarlarından biri olmuşdur.

Taleyin və alın yazısının qaçılmaz olduğunu dərk etsən də, insan itkisinin ağırlığını əsl mənada həyat öz axarına qayıtdıqda hiss ediril.

Və yalnız həmin an anlayırsan ki, biz necə görkəmli bir İnsanı itirmişik.

Onu xalqımız itirib.

Onu Azərbaycan mədəniyyəti itirib.

Onu Azərbaycan elmi itirib.

Onun unudulmaz xatirəsi mənim və onu tanıyan meymarlar toplumunun ürəyində daym yaşayqcağdır

АБДУЛ ГУСЕЙНОВ

Курс по архитектурной композиции и проектированию вел Ариф м-м Асланов. Он порекомендовал мне прочесть несколько книг по архитектуре (список рекомендуемой литературы: Авторы К.Гутчов и К. Александер. Градостроительные основы; книги из серии Мастера архитектуры; Основы архитектурного проектирования, Основы архитектурной композиции автор Степанов, книги из серии Архитектура зарубежных стран. Авторы Савицкий и Иконников, Журналы: Архитектура Польши, Современная архитектура – перевод с французского. Французских журналов в библиотеке не было, я брал их у архитектора Ш. Салиховой, снимал с них ксерокопии и возвращал. Книги про жизнь известных художников: Пикассо, Сезанн, Клод Моне, Ф. Леже и много других известных художников. Также было рекомендовано ознакомиться со СНиПами (строительные нормы и правила), СНиП Общественные здания и сооружения, СНиП Жилые дома. Я ознакомился со всей вышеперечисленной литературой. 

Некоторые книги из серии Мстера архитектуры мне очень понравились, в частности, книга об архитектуре А. Бурове, И.Голосове, О.Нимейере, А.Алто, Ле Корбюзье, я перечитал их повторно. Обязательно приобрету все эти книги, перечитаю повторно и оставлю закладки во многих местах, подчеркну наиболее важную информацию. 

Интересная деталь: когда Ариф м-м читает книгу, он подчеркивает текст, синим или красным карандашами, наверное, выделяя при этом важную и второстепенную информацию. Я взял это себе на заметку, но подчеркиваю одним цветом, или жирнее или слабее. 

У меня накопилось огромное количество вопросов. связанных с прочтённым материалом. На какую-то часть я смог сам ответить, а на часть нет. Всегда обращаясь к Ариф м-му я получаю наиболее исчерпывающий ответ. Он всегда лаконичен в ответах и всегда раскрывает суть проблемы без какой-либо подготовки. Это меня всегда очень воодушевляет. Впечатляет и то, что он объясняет сложные вещи простым и доступным языком. Нужна огромная эрудиция и жизненный опыт, чтобы во всем этом разобраться. Я помню, как один из учителей по проектированию сказал другому, что “невозможно научить думать студента, если в него это не заложено”. У меня ощущение, что студент уподобляется какой-то машине, компьютеру. Я думаю, что этот учитель дегенерат. Когда Ариф Асланов что-то объясняет, это трезво и неторопливо, четко и без фальши и почти всегда становится откровением. Все просто и понятно. 

Когда я пришел в мастерскую к Ариф-муаллиму, то показал эскизы касательно дипломного проекта. После консультации я сделал несколько заметок. Некоторое время назад у меня появились определенные вопросы, которые я периодически прокручивал в голове. Мне очень интересно было задать их Ариф муаллиму. Интересен был ответ, который он даст. Я сомневался в том выводе, который сделал сам и мне было очень важно, чтобы человек, которого я считаю авторитетным в этих вопросах, связанных с искусством, провел определенные параллели, даже если они не совпадут с моими мыслями. Мне важно было понять в итоге, что ход моих мыслей правильный, я на правильном пути или нет?  Во всех этих вопросах есть какая-то двусмысленность. Вопросы, которые меня интересовали, были из области архитектуры, живописи (в основном абстрактной) и музыки. Я сожалею, что не написал их на листке, так бы диалог имел бы более структурный характер.  В голове было много разной информации, и я перескакивал с одного вопроса на другой. Интересующие меня вопросы были такими: 

Вопрос.  Ариф м-м. Как мне определить разницу между настоящим истинным искусством и ложным “не настоящим”? Ведь должны же быть какие-то границы?

Ответ.  Если вы человек, чувствительный к искусству, вы тоже почувствуете, где истинный Пикассо, а где поддельный. Помню, в прошлый раз вы спросили меня о творчестве Малевича. Так вот, многим кажется, что, если они будут подражать Малевичу, это сделает их творчество более осмысленным, наукообразным. Этот художник пришел к абстракции через реалистическую школу живописи. И многие современные художники прибегают к этому, только чтобы не оказаться “белой вороной”. То есть это такая мода, многие не понимают значение всего этого. Кажется, что нарисовать “Черный квадрат” очень просто. Но не каждый кто его рисует становится Малевичем. 

Вопрос. Ариф м-м, каким стилевым направлениям в современной архитектуре вы отдаете предпочтение, или к какому стилю вы относитесь как к проявлению интернационального стиля? 

Ответ. Никогда не старался классифицировать архитектуру по стилям. Это дело критиков, искусствоведов, а сейчас у нас занимается этим даже пресса.

Вопрос от Ариф м-ма.  Назовите архитектурные направления, некоторые из них.

Мой ответ. Ну, например хай-тек, деконструктивизм, минимализм, модернизм.

Ответ Ариф м-ма. Проследите всю последовательность того, как изменилась архитектура после второй половины двадцатого века. Вспомните архитекторов – Миса Ван дер Роэ, Гроппуса, Ле Корбюзье. Это же величайшие фигуры культуры 20-го столетия. В результате бездарной деятельности архитекторов и недопонимания их идей, все их творчество было превращено в какое-то посмешище, кстати говоря, что мы и наблюдаем, на примере этого “стиля” (произносит сквозь зубы, очень тихо “не люблю этого слова”).

Раньше это направление не называлось хай-тек, а трактовалось как новая этика в архитектуре. И потом это очень декоративное в какой-то степени направление, открытые металлоконструкции, элементы крепления, ну вы понимаете, о чем я говорю. То есть вывернули здание наизнанку и началось бесконечное тиражирование элементов конструкции. Практически то же самое, что и архитектура барокко, только вместо кронштейнов и карнизов детали конструкций. Принципы одни и те же, просто разные языки пластического выражения, понимаете?

Все прояснилось в голове, я получил информацию, даже не могу назвать это информацией. Это была для меня аксиома. Я начал смотреть на все эти проявления в другой плоскости

Я собирался попросить Ариф м-ма ответить еще на несколько моих студенческо-максималистских вопросов, как в мастерскую вошел парень, студент архитектурного факультета. Он учится на два курса ниже нас. Ариф м-м посмотрел его эскизы, сделал несколько корректировок и сказал ему, чтобы он завтра подошел к Земфире Шихлинской. Она должна была дать задание по площадям. Курс проектирования для 2-го и 3-го курса они вели вместе с З. Шихлинской. Ариф м-м сделал заметку на листике с расписанием. Я задал вопрос.

Вопрос. Ариф м-м, как вы относитесь к таком стилевому направлению как примитивизм, и как вы видите применение его к современной нашей архитектуре.

Ответ. Видите, как, это всего лишь стиль, как вы его назвали. А не культурное явление, как архитектура Ле Корбюзье. Я думаю, что это явление не совсем органично для нашей культуры. Во этот минимализм глубоко связан с европейским протестантизмом и японским синтоизмом. так вот для них аскетичность их быта может быть очень органичной. А у нас обязательно сделают наличник вокруг окна или какой-нибудь декоративный элемент.

Вопрос. Но ведь на Апшероне в селениях опять же есть много жилых домов с плоскими крышами, фасадами без декоративных элементов.?

Ответ. Все правильно, но этот аскетизм исходит от многих факторов, климата например, и потом в селении люди не богато живут. Старайтесь не вкладывать в эти явления двоякий смысл.

Вопрос. Ариф м-м, я буквально недавно прочитал книгу об архитекторе Луисе Кане. До сих пор под впечатлением от его теории. Вы, наверное, придерживаетесь его точки зрения?

Ответ. Да, это так называемые основополагающие сущности. Они говорят своим собственным языком. Камень — это камень и не чем иным как самим собой не является, также как свет — это свет, вода — это вода. Кстати, Кан здорово всем этим пользовался, есть при всей его брутальной архитектуре органичность.

_____________

Я планировал записать диалог с Ариф м-ом на диктофон и сказал ему об этом. Но, к сожалению, забыл дома микрокассету. И в результате записал в тетради для конспектов.

Вторник. 19 февраля 2002 года.